29 iyul 2023 02:04
960

Xoşbəxtlik yeməkdədir! Amma hər yeməkdə yox...

Yaxşı əhval-ruhiyyənin açarı sağlam qidalanmadır. Bir çox faydalı məhsul insan sağlamlığına möcüzəvi təsiri ilə məşhurdur: onların tərkibində çoxlu miqdarda vitaminlər, minerallar, makro və mikroelementlər var. Və bu komponentlərdən bəziləri insanın psixi vəziyyətinin yaxşılaşmasına kömək edir.

Yağlı balıq

Məsələn, qızılbalıq, ton balığı, skumbriya omeqa-3 yağ turşularının zəngin qaynaqlarıdır. Klinik sınaqların bir meta-analizi omeqa-3 qəbulunun depressiya riskini azaltdığını aşkar etdi.

Acı şokolad

Tünd şokolad tərkibindəki polifenollar, flavonoidlər və maqnezium sayəsində stresi azalda bilər. Onlar güclü antioksidantlardır və bədəndəki iltihabı aradan qaldıra bilirlər.

Əhvalınızı necə yaxşılaşdıracağınızı bilmirsiniz? O halda bir-iki dilim tünd şokolad yeyin!

Mütəxəssislər niyə südlü və ya ağ əvəzinə tünd şokoladı seçməyi məsləhət görürlər? Fakt budur ki, tünd şokoladın tərkibində şəkər çox azdır, bu da əhvalın dəyişməsinə səbəb ola bilər.

Fermentləşdirilmiş qidalar

Turşu xiyar, duzlu kələm, qatıq tərkibindəki probiotiklər sayəsində əhval-ruhiyyəni yaxşılaşdıra bilər. Çoxsaylı araşdırmalara görə, onlar xoşbəxtlik hormonu kimi tanınan serotonin səviyyəsini artıra bilirlər.

“Qıcqırdılmış qidaların əhval-ruhiyyəyə müsbət təsiri bağırsaq və beyin arasındakı sıx qarşılıqlı əlaqə ilə bağlı ola bilər. Belə ki, fermentləşdirilmiş qidalar qan şəkərinə və metabolik sağlamlığa təsir göstərir, bu da əhvalımıza və beyin funksiyamıza faydalıdır.

Yaşıl çay

L-teanin amin turşusu çayın ən vacib maddələrindən biridir. Bəzi elmi müşahidələr sübut etdi ki, bu komponent stress və narahatlığı azaltmağa, əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

Giləmeyvələr

Demək olar ki, bütün giləmeyvələrdə immuniteti gücləndirməyə və bədəndəki iltihabı azaltmağa kömək edən çox miqdarda antioksidantlar vardır, bununla yanaşı, həm də quercetin adlı güclü bir birləşməni özündə ehtiva edirlər.

Alimlərin fikrincə, giləmeyvələr depressiyaya səbəb kimi görünən bir ferment olan monoamin oksidazın səviyyəsini aşağı salmaqla təbii antidepresant kimi təsir göstərir. Beləliklə, giləmeyvələr yalnız yaxşı əhval-ruhiyyəni dəstəkləmir, həm də Alzheimer xəstəliyi kimi digər neyrodegenerativ xəstəliklərin riskini azalda bilər.

Yayda əhvalı yüksəltmək qışdan dəfələrlə asandır.Bunun yollarını tapmaq çətin deyil: birincisi, bizi D vitamini ilə təmin edən Günəş var, ikincisi, müxtəlif dadlı və sağlam giləmeyvələr.

Göbələk

Göbələk istehlakının depressiya riskini azaltdığı sübut edilmişdir. Məsələ D vitamini ilə bağlıdır, adətən bu, psixi pozuqluqdan əziyyət çəkən insanlarda o qədər də yüksək olmur. Göbələklər, həmçinin yaxşı əhval-ruhiyyəni təşviq edən B vitaminləri, lif və antioksidantların mənbəyidir.

Portağal

Bu meyvə öz görünüşü ilə hər hansı bir insanın əhval-ruhiyyəsini yaxşılaşdıra bilər: parlaq, şirəli, həm də ləzzətli qoxusu var. Lakin bütün bunlardan əlavə, C vitamininin zəngin mənbəyidir. “Endocrinology” jurnalında dərc edilmiş bir araşdırmada göstərildiyi kimi, bədən stress altında olduqda, C vitamini bədəndə azalır və buna görə də onu doldurmaq lazımdır.

Yeri gəlmişkən, portağal qırmızı bolqar bibəri ilə əvəz edilə bilər – onun tərkibində daha çox C vitamini var.

Kök

Kök lif, A vitamini və fol turşusu ilə zəngindir.Bu maddələr təkcə emosional vəziyyətinizi deyil, həm də bağırsaq sağlamlığınızı yaxşılaşdıra bilər.

Yulaf əzməsi

Səhər yeməyində yulaf əzməsi yeməyi xoşlamırsınız? Amma fakt budur ki, bu bütün gün sizə enerji verəcək və əhvalınızı yaxşılaşdıracaq ilk yemək üçün mükəmməl seçimdir. Mütəxəssislərin fikrincə, yulaf emosional sağlamlıq və əhvalın sabitliyi üçün vacib olan dəmirlə zəngindir. Yeməkdən həzz almaq üçün sıyığa bir ovuc sevimli giləmeyvə (əhval-ruhiyyəni yüksəldən kombin alınır), qoz-fındıq, toxum, meyvə, mürəbbə əlavə edə bilərsiniz.

Nubar Süleymanova, “İki sahil”