01 avqust 2023 01:29
601

2000 il əvvələ məxsus zəngin gəmi tapılıb

İtaliyada qədim Roma gəmisinin qalıqları, o cümlədən yüzlərlə artefakt, o cümlədən yaxşı qorunub saxlanılmış terakota qablar aşkar edilib.

2000 il əvvəl batdığı güman edilən gəmi Romanın şimal-qərbindəki liman şəhəri Civitavecchia sahillərinin dərinliyində tapılıb.Kəşf İtaliyanın mədəni irsinin qorunması ilə məşğul olan polis bölməsi  Carabinieri Art Squad tərəfindən elan edilib.

“Guardian” xəbər verir ki,  rəsmilər bu kəşfi  “sahillərə çatmaq üçün dənizin təhlükələri ilə üzləşən və qədim dəniz ticarət yollarına şahidlik edən batmış Roma gəmisi ” kimi təsvir ediblər. Sözügedən gəmi eramızdan əvvəl I və ya II əsrə aiddir.

 "La Repubblica" qəzeti yazır ki, gəmi  yüzlərlə amfora(Qədim Yunanıstanda istifadə olunmuş ,əsasən gildən, bəzən də metaldan hazırlanan dar boğazlı iki qulplu antik qab) , bir növ terakota qabı ilə dolu idi.  Gəminin batdığı yer “İncəsənət Heyəti və Sualtı Mədəni İrs üzrə Milli Nəzarət İdarəsi”nin dalğıcları tərəfindən müəyyən edilib.Mütəxəssislər araşdırma zamanı patrul gəmisindən və dərinlik ölçən cihaza malik  uzaqdan idarə olunan avtomobil sistemindən istifadə ediblər.Amforalar təxminən 65 fut uzunluğunda olduğu təxmin edilən gəminin dibinə yerləşdirilib. Mütəxəssislər axtarış zamanı aşkar olunan  konteynerlərin nə üçün istifadə edildiyinin hələ aydın olmadığını bildiriblər.

Leyla Şıxəli, “İki sahil”