Almaniya rəsmiləri keçən çərşənbə günü bildiriblər ki, müstəntiqlər keçən il Bavariyadakı bir muzeydən yüzlərlə qədim qızıl sikkələrin oğurlanmasında şübhəli bilinən, Almaniyanın şimalına qaçan dörd nəfəri həbs edib.
Həbs keçən çərşənbə axşamı Almaniyanın şimalındakı Meklenburq-Qərbi Pomeraniya əyalətində aparılan axtarış əməliyyatı zamanı həyata keçirilib.
Müstəntiqlər oğurluq edən 4 nəfərlə bağlı əllərində çox böyük sübutların olduğunu bildirirlər. İstintaq zamanı qızıl xəzinənin bir hissəsinin götürüldüyü ehtimal edilir. Axtarışlar göstərir ki, qızıl xəzinənin böyük bir hissəsi soyğunçular tərəfindən qarət edilib.
Qeyd edək ki, keçən ilin noyabr ayında da belə bir oğurluq hadisəsi baş verib. Belə ki, oğrular Keltlər və Romalılar Muzeyinə soxularaq eramızdan əvvəl 100-cü ilə aid 483 qızıl sikkədən ibarət xəzinəni və ümumi dəyəri bir neçə milyon avro olan üç başqa sikkəni oğurlayıblar. Həmin qızıl sikkələrin anbarı 1999-cu ildə Bavariyanın İnqolştadt yaxınlığındakı Mançinq şəhərində aşkar edilib. Bu kəşf ötən əsrdə Keltlərin ən böyük qızıl tapıntısı olub. O, 2006-cı ildən ictimaiyyətə nümayiş etdirilib.
Leyla Şıxəli, “İki sahil”