01 avqust 2023 01:59
706

Beyons dünya turnerində türk brendinin hazırladığı geyimlə səhnədə - FOTO

“Queen B” ləqəbi ilə tanınan dünya şöhrətli pop super ulduzu Beyons dünya turnerində türk brendinin hazırladığı geyimlə səhnəni bəzəyib.

Yeddi illik fasilədən sonra səhnəyə qayıdan Beyonsun maraqla gözlənilən "Renessans" dünya turneri  başlayıb. Müğənni Kentukki ştatında verdiyi konsertlərin birində İstanbulda  Raisa & Vanessa tərəfindən hazırlanmış möhtəşəm geyimi ilə tamaşaçıların gözünü qamaşdırıb.

Raisa & Vanessa  əkizlərinin misilsiz üslubu ilə bəzədiyi ansambl gözəl görüntüsü ilə diqqəti özünə cəlb etdi. Türk dizayneri ilə əməkdaşlıq edən , Beyons qlobal istedadı qiymətləndirdiyini və moda dünyasında müxtəlifliyi  sevdiyini nümayiş etdirib.

Raisa Sason və Vanessa Sasonun əkiz bacıları olan Raisa & Vanessa ən məşhur beynəlxalq moda brendlərindən biri kimi ortaya çıxdı. Onların yaradıcılığı Heidi Klum və Katy Perrydən tutmuş Victoria's Secret modellərinə və Chrissy Teigenə qədər çoxsaylı məşhurların bədənini bəzəyərək yüksək moda və incə sənətkarlığın tədarükçüləri kimi mövqelərini möhkəmləndirib.

Leyla Şıxəli, “İki sahil”