02 avqust 2023 02:39
611

4 min illik sirr

Arxeoloqlar Hollandiyanın Haaqa şəhərindən 72 kilometr aralıda yerləşən Tiel şəhərində 4000 illik ritual tikinti aşkar ediblər.

Açıqlamada deyilir ki, ziyarətgah bir neçə kurqandan ibarətdir və günəşə həsr edildiyi bildirilir. 800 il ərzində bu yer dini bayramlar və  mərasimlər üçün istifadə edilmişdir. İnsanlar  hətta ölülərini belə  orada basdırırdılar. Təxminən dörd futbol meydançasını əhatə edən kompleks unikal kəşf kimi təsvir edilir.

Ərazidə qazıntı işlərinə  2017-ci ildə  başlanılsa da,  həmin tikintinin əhəmiyyəti yalnız indi bəşəriyyətə bəlli olub. Arxeoloqlar :- "Hər şey yerin dərinliklərində gizlənib" -deyə bildiriblər. Onlar, həmçinin bu kəşfi yalnız illərlə apardıqları araşdırmalardan sonra əldə ediblər. Alimlər 1000 illik şüşə muncuq da daxil olmaqla ümumilikdə bir milyona yaxın əşya aşkar ediblər.  Ən qədim əşyaların eramızdan əvvəl 2500-cü ilə aid olduğu təxmin edilir.

Tədqiqatçıların fikrincə, kompleksdə üç kurqan olub. Onlardan birində çoxlu sayda uşaq daxil olmaqla 80-dən çox insanın cəsədi olub. Ən böyük kurqanın günəş təqvimi kimi fəaliyyət göstərdiyi deyilir. İlin ən qısa və ən uzun günündə günəş şüaları xəndəkdəki xüsusi çentiklərdən birbaşa kurqanın üzərinə düşə bilirdi.

Kəşflərin bəziləri cümə günündən etibarən yerli muzeydə nümayiş etdiriləcək. Digərləri isə Haaqa yaxınlığındakı Leidendəki Milli Antik Əsərlər Muzeyində nümayiş etdiriləcək.

Leyla Şıxəli, “İki sahil”