03 avqust 2023 02:17
811

Türk alimin yeni ixtirası

Geyinilə bilən tibbi texnologiyalar üzərindəki ixtiraları ilə tanınan qabaqcıl türk alimi Canan Dağdeviren xəstəxanaya getmədən süd vəzi  xərçəngini aşkar edə bilən ultrasəs skanerini icad edib.

Dağdevirenin son kəşfi olan bu cihaz  xərçəng riski yüksək olan xəstələrin özlərini izləməsinə imkan verəcək. Qadınlar bu cihazı  cihazı üzərlərində saxlayaraq xəstəliyi izləyə biləcəklər.  “Biz ultrasəs texnologiyasının forma faktorunu evinizdə rahat istifadə etməyiniz üçün dəyişdirdik. Portativ və istifadəsi  olduqca asandır . Cihaz süd vəzi toxumasındakı dəyişikliyi real vaxt rejimində göstərir” – deyə Dağdeviren bildirib.

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimi olan Canan Dağdeviren müntəzəm olaraq rentgen müayinəsindən keçməsinə baxmayaraq, döş xərçəngi diaqnozu qoyulduqdan altı ay sonra vəfat edən mərhum xalasının ölümündən sonra belə bir ixtiraya imza atıb.  

Dağdevirenin ən görkəmli ixtiralarından bir neçəsi dəriyə  yapışdırılan kardiostimulyator və dəri xərçəngini 10 saniyəyə təyin edə bilən cihazdır.

Qeyd edək  ki, o, həmçinin Harvard Gənc Akademiyası üzvlüyünə seçilən ilk türk alimdir.

Leyla Şıxəli, “İki sahil”