03 avqust 2023 02:38
666

Veqan blogger 39 yaşında vəfat edib

İnternetdə Zhanna D'Art kimi tanınan 39 yaşlı rus veqan aşpaz və sosial şəbəkələrdə böyük izləyici kütləsi olan  Janna Samsonova həddindən artıq pəhrizindən yaranan fəsadlar səbəbindən faciəvi şəkildə dünyasını dəyişib. Yerli “Veçernaya Kazan” qəzetinin yazdığına görə, o, on ildən artıqdır ki, veqan pəhrizinə riayət edirdi, lakin son dörd il ərzində  sosial mediada  qida qəbulunu yalnız meyvələr, günəbaxan toxumları, lobya cücərtiləri və şirələr ilə məhdudlaşdıraraq, çiy qidalara olan sevgisini güclü şəkildə təbliğ edirdi.

Məlumata görə, Samsonova iyulun 21-də Malayziyada vəfat edib və onun ölüm səbəbi kimi "vəbaya bənzər infeksiya" göstərilib. Onun anası Vera Samsonova qızının elə həmin gün evə, ailəsinin yanına qayıtmalı olduğunu açıqlayıb, lakin onun cansız bədənini qarşılayacağı ilə barışmadığını bildirib. Ölümün rəsmi səbəbi təsdiqlənməsə də, Vera hesab edir ki, Jannanın məhdudlaşdırıcı yemək vərdişləri onun ölümünə səbəb ola bilər.

Qeyd edək ki,  veqan pəhrizi düzgün idarə edildikdə sağlam  həyat tərzi hesab edilsə belə, həddindən artıq və ya balanssız pəhrizlər insanın sağlamlığına mənfi təsir göstərə bilər.

Leyla Şıxəli, “İki sahil”