04 avqust 2023 02:30
757

Sən demə balinalar quruda yaşayırmış…

Perudakı arxeoloqlar  tədqiqatlar zamanı dünyanın  indiyə qədər yaşamış ən ağır heyvanının qalıqlarını (fosillərini) aşkar ediblər.  Müasir mavi balina uzun müddət keçmişin bütün nəhəng dinozavrlarını geridə qoyaraq, indiyə qədər ən böyük və ən ağır heyvan hesab edilmişdir.Ancaq “Nature” jurnalında dərc olunan araşdırmaya görə, Perucetus colossus – Peruda aşkar olunan  nəhəng balina ən ağır heyvan hesab olunur.  Sözügedən balinanın hər bir fəqərəsinin çəkisi 220 funtdan (100 kiloqram) çox, qabırğalarının uzunluğu isə təxminən 5 fut (1,4 metr) olur.

Peru səhrasında tapılan bəzi kütləvi sümüklərdən ekstrapolyasiya edən beynəlxalq tədqiqatçılar qrupu heyvanın orta bədən kütləsinin 180 ton olduğunu təxmin edir.

“Ginnesin Rekordlar Kitabı”na görə indiyə qədər qeydə alınan ən böyük mavi balinanın çəkisi 190 ton olub. Lakin tədqiqatçılar qədim balinaların çəkisinin 85 ilə 340 ton arasında olduğunu hesab edirlər.  Tədqiqqatçılar bu  qədim balinanın rekord  nəticə olduğunu bəyan etməkdən  çəkinirdilər. Buna səbəb isə, tədqiqatın həmmüəllifi Eli Amsonnun “Agence France-Presse”yə verdiyi  müsahibə olub . Belə ki, o müsahibədə əllərində  bu nümunənin bu vaxta qədər aşkar edilən ən ağır heyvan olduğunu göstərəcək sübutun olmadığını bildirib.

“Bu qədim balinanın ilk fosili hələ 2010-cu ildə Perunun cənub sahilindəki səhrada onilliklər ərzində axtarış aparan paleontoloq Mario Urbina tərəfindən aşkar edilmişdi. Amma tapdığı şey fosildən çox "daşa oxşayırdı"-deyə Amson bildirib.

Hadisə yerində cəmi 13 nəhəng fəqərə, onlardan birinin çəkisi təxminən 200 kiloqram (440 funt) idi, həmçinin dörd qabırğa və bir omba sümüyü tapılmışdı. Nəhəng fosilləri toplamaq və hazırlamaq üçün illər və çoxsaylı səfərlər lazım idi. Peru və Avropa tədqiqatçılarından ibarət qrupun tapdıqlarını dəqiq təsdiqləməsi isə daha uzun sürdü.

Çərşənbə günü isə tədqiqatçılar  tapılan nəhəng heyvanın nəsli kəsilmiş cetacean ailəsindən  olan basilosauridin yeni bir növünə aid olduğunu aşkar etdilər.

Bugünkü cetaceanlara delfinlər, balinalar və porpoises daxildir. Maraqlıdır ki, onların ilk əcdadları quruda yaşayırdılar, bəziləri kiçik marallara bənzəyirdi.Vaxt keçdikcə onlar suyda yaşamağa başladılar  və bazilosauridlərin tam su həyat tərzinə sahib olan ilk cetacean olduğuna inanılır. Tədqiqatda deyilir ki, yeni kəşf cetaceanların pik bədən kütləsinə əvvəllər düşünüldüyündən təxminən 30 milyon il əvvəl çatdığını göstərir.

 “Digər bazilosauridlər kimi,  bu balinanın da "gülməli dərəcədə kiçik" bir başı var idi”-deyə Amson bildirib. Lakin daha əvvəl bunu təsdiqləyəcək  mövcud sümüklər yox idi. Dişləri olmadığından nə yediklərini dəqiq söyləmək mümkün deyildi.

Tədqiqatçılar sümüklərinin qəribə ağırlığına görə heyvanın sahil mühitində dayaz sularda yaşadığına əmin idilər. Onun bütün skeletinin beş ilə yeddi ton arasında olduğu təxmin edilirdi. Bu da onun mavi balina skeletindən iki dəfədən çox ağır olduğunu göstərir.  Bu, şübhəsiz ki, bu günə qədər məlum olan hər hansı bir məməlinin, eləcə də hər hansı bir su heyvanının ən ağır skeletidir. 

Tədqiqatda iştirak etməyən Yeni Zelandiya Te Papa Tongarewa Muzeyinin dəniz məməliləri üzrə mütəxəssisi Feliks Marks AFP-yə bildirib ki, Perucetus colossus bu günə qədər tapdıqlarımızdan hər şeydən çox fərqlidir.

O, həmçinin nəsli kəsilmiş dəniz inəklərinin ümumi bədən çəkisi üçün gözləniləndən daha ağır sümüklərə malik olduğunu da  bildirib.

 Qeyd edək ki, Fosillər Limadakı Təbiət Tarixi Muzeyində nümayiş etdirilir.

Leyla Şıxəli, “İki sahil”