04 avqust 2023 14:35
348

Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

“İki sahil” xəbər verir ki,  bu barədə XİN-dən bildirilib.

“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - başsağlığında deyilir.