“Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştirakçılara imkan verməyəcək. Bakı 1975-ci il xətti üzrə sərhədlərin müəyyən edilməsinə razı olmayacaq və 1920-ci ilin payızına qədər mövcud olmuş xətt üzərində israr edəcək”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Feysbuk” səhifəsində yazıb. O, hazırda davam edən danışılqarın mahiyyətini ifadə edəcək bir sıra məqamlara toxunub.
Keçmiş nazirin sözlərinə görə, Azərbaycan Qarabağda münaqişəyə son qoymaq və istəyənlərə vətəndaşlıq verməklə onları inteqrasiya etmək istəyir. “Ermənistan istəyir ki, Azərbaycan 1975-ci il sərhədlərini tanısın. İrəvan bununla da öz təhlükəsizliyini təmin etmək və bundan sonra ermənilərin “hüquqları və təhlükəsizliyi” adı altında Qarabağa ərazi iddialarını davam etdirməyə çalşır”.
T.Zülfüqarov deyib ki, bütün keçmiş həmsədrlər, o cümlədən İran münaqişəyə regionun idarə olunmasında vasitə kimi baxır, onun davam etməsini istəyir: “Ermənistanın və xarici “oyunçuların” münaqişəni davam etdirmək istəyini görən Azərbaycan “güzgü prinsipi”ndən istifadə edərək Qərbi Zəngəzur və Göyçə mahalı, eləcə də “Qərbi Azərbaycan icmaları” mövzusunu irəli sürür”.
“Buna görə də Bakı sərhədin 1975-ci il xətti üzrə müəyyən edilməsinə razı olmayacaq və 1920-ci ilin payızına qədər mövcud olan xəttdə israr edəcək. Azərbaycan siyasi və müdafiə potensialının üstünlüyünü nəzərə alaraq münaqişə zonasını Qərbi Zəngəzur ərazisinə və ondan kənara qədər genişləndirməyə hazır olacaq. Həmçinin Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştirakçılara imkan verməyəcək,” - T.Zülfüqarov vurğulayıb.
Keçmiş nazir əlavə edib ki, Rusiya reinteqrasiya prosesinə qarşı çıxacağı təqdirdə, 2025-ci ilə qədər onun sülhməramlı qüvvələrinin Türk Dövlətləri Təşkilatı ölkələr