Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti dünyada okean səthinin temperaturunun 20,96 dərəcə selsiyə çatdığını və (69,7 Fahrenheit) bu temperaturun rekord nəticə olduğunu nəzərə çatdırıb.
“ERA5” verdiyi məlumatda deyir ki, iyulun 30-da okean səthinin temperaturu 20.96C-yə çatıb, əvvəl belə rekord göstərici (20.95C ) 2016-cı ilin martında müşahidə olunub. Sınaq məqsədi ilə qütb bölgələrindən nümunələrin götürülməsi prossesi dayandırılıb. Alimlərin fikrincə, sənaye dövrünün başlanğıcından okeanlar insanların fəaliyyətləri nəticəsində ifraz edilmiş istiliyin 90%-ni udublar. Qlobal miqyasda okeanın orta temperaturu aprel ayından bəri müntəzəm olaraq mövsümi istilik rekordlarını üstələyib.
Lids Universitetinin Beynəlxalq İqlim Mərkəzindən Piers Forster: "Okeanın isti dalğası bəzi dəniz canlıları üçün təhlükədir. Artıq bunun birbaşa nəticəsi olaraq Floridada mərcanların rənglərinin ağardığını müşahidə edirik. Mən daha çox mənfi təsirlərlə qarşılaşacağımızı gözləyirəm "- deyə bildirib.
dailysabah.com
Leyla Şıxəli, “İki sahil”