SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentlərinin Abşeron xtdmət sahəsində çalışan bir qrup əməkdaşı ilə görüşü keçirilib.
Baş direktor əməkdaşların iş şəraiti ilə yanaşı, mövcud vəziyyətləri ilə də yaxından mraqlanıb. Görüş zamanı xidmət sahəsinin 8 əməkdaşı İB -dəki faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıblar.
Ruslan Əliyev görüşün sonunda əməkdaşları təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
Elçin Zaman, "İki sahil"