07 avqust 2023 19:35
962

Ruslan Əliyev Xırdalanda vətəndaş qəbulu keçirib FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin vətəndaş qəbulu bu gün Xırdalan şəhərində baş tutub. Baş direktor qəbul zamanı Qala və  Müşviqadad qəsəbələrindən, həmçinin  Sumqayıt şəhərindən olan vətəndaşların qaz təchizatı ilə bağlı müraciətlərini dinləyib. Baş direktror ünvanlanan müraciətlərin araşdırılması üçün Birliyin əlaqədar strukturlarına konkret  tapşırıqlar verib.

Qeyd edək ki, bu kimi vətəndaş qəbullarının keçirilməsi Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun aparılır və məqsəd əhalinini  narahat edən sosial- məişət problemlərinin həllini sürətləndirməklə vətəndaş məmnuiyyəti qazanmaqdır.

Elçin Zaman, "İki sahil"