10 avqust 2023 01:35
700

Qeyri-adi gerçəkliklərlə dolu dünya

Əslində dünya bildiyimizi sandığımız, əslində isə bilmədiyimiz sonsuz sayda gerçəkliklə doludur. Gəlin biraz onlardan söhbət açaq.

Bu il Cənubi Koreyada hər kəs bir yaş cavanlaşacaq

2023-cü il Cənubi Koreya parlamenti yeni qanun qəbul edib. Belə ki, əvvəllər Koreyada doğulan uşaqlar 1 yaşlı sayılırdı. Bu ildən isə həmin qanun ləğv olunur. Beləliklə, yeni doğulan uşaqlar 0 yaşlı sayılacaq. Çox maraqlıdır ki, bu qanun təkcə yeni doğulan körpələr yox, həm də bütün əhali üçün keçərli olacaq. Nəticədə Cənubi Koreyada insanlar 1 il cavanlaşacaq.

Yer kürsəsinin ən zəngin monarxı

Tailand kralı Vaçiralonqkornun 30 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin monarxı olduğu deyilir. Belə ki, o,  ölkə daxilində və xaricdəki birjalarda həyata keçirilən əməliyyatlarda milyard dollarlıq səhmlərə malikdir. Həmçinin əksər şirkətlərin sahibi və  dünyanın ən böyük almazı olan 545 karatlıq “Qızıl yubiley” brilyantının sahibidir.

Kiril əlifbasının yaradıcısı kimdir?

Heç bilirdinizmi ki, kiril əlifbasının yaradıcıları  ruslar deyil? Kiril  əlifbası rus mədəniyyəti ilə  bağlı olsa da, əslində bu əlifbanın yaradıcıları Romada yaşayan  Kiril və Mifodiy qardaşlarıdır. Əlifba Preslavda missioner qardaşlarının işlədiyi məşhur ədəbi məktəbdə hazırlanıb.  Bu, 885-ci ildə Pliskada I Boris tərəfindən qurulan ilk ədəbi məktəb idi. 893-cü ildə o, Böyük Şimeon Borisin oğlu tərəfindən Birinci Bolqar Krallığının paytaxtı Preslav şəhərinə köçürüldü. Ehtimal olunur ki, qardaşların yaratdığı bu  əlifba davamçıları tərəfindən məşhurlaşdı. Bu günə qədər bir sıra slavyan ölkələrində 24 may slavyan yazısı bayramı kimi  qeyd olunur.

Ali təhsili olmayan milyarder

Çox maraqlı faktlardan biri də odur ki, dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts  məktəbdə pis oxuyub. O, məktəb proqramının bir hissəsinin maraqsız və lazımsız olduğunu hesab etdiyinə görə dərslərinə əhəmiyyət verməyib.  Valideynləri müxtəlif üsullarla onun istedadını üzə çıxarmağa çalışırdılar. Bunu da qeyd edək ki, Bill Qeytsin heç ali təhsili də olmayıb.

Qazaxıstanda çay fincanı yarıya qədər doldurulur

Bu ölkədə qonaq gedərkən, fincanı tam doldurmalarını istəməyin. Çünki burada  dolu fincan olduğunuz yerdən bezdiyinizin və oranı tərk etmək istəyinizin mənasını verir.

Bu qəbiristanlıqda dəfn olunmaq istəyən 10 min dollar ödəməlidir

Boliviyada yerləşən  Sukre qəbiristanlığı öz qeyri-adiliyi ilə bütün Cənubi Amerikada məşhurdur.Belə ki, Boliviyalılar inanırlar ki, buranın torpağı dəfn olunan şəxsin günahlarını özünə hopdura bilir.

Məhz bu səbəbə görə onlar öz yaxınlarının Sukre qəbiristanlığının ərazisində dəfn olunması üçün tələb edilən 10 min dolları həvəslə ödəyirlər. Uzun illərdir müəyyən olunan prosedura görə, vəfat edən şəxs öncə qəbiristanlıqdakı sərdabəyə yerləşdirilir. 7 ildən sonra sərdabədən çıxarılan cəsəd qəbiristanlığın ərazisində torpağa tapşırılır.  Dəfndən 20 il keçdikdən sonra cəsəd yenə qəbirdən çıxarılır və qohumlarına təhvil verilir. Onlar cəsədi kremasiya edirlər və  yaxud başqa qəbiristanlıqda torpağa tapşırırlar.

Yuxu dərmanını əvəz edən təbii vasitə

Yuxu dərmanını rahatlıqla əvəz edən  təbii vasitə  albalı  şirəsidir. İki həftə ərzində səhər və axşam turş albalı şirəsi içmək yuxu sistemini qaydaya salır. Yuxu dərmanından fərqli olaraq albalı daha səmərəli və təhlükəsizdir.

Makaronun əsl vətəni haradır?

Makaronun adı çəkildiyi zaman dərhal onun vətəninin İtaliya olması ağlımıza gəlsə də bu məhsulun Çin, Yaponiya, Fransada kəşf olunduğunu iddia edənlər də vardır. Hətta bu gün makaron istehlakının ən yüksək olduğu İtaliyaya da bu qidanın XIV əsrdə italyan taciri və səyyahı Marko Polo tərəfindən Çin səyahətindən sonra gətirildiyi iddia edilir. Sözsüz ki, italyanlar bu iddianı rədd edirlər.

Sən demə, dişlər həzm sisteminə təsir edirmiş

Dişlər həzm sisteminin vacib hissələrindən biridir. Bütün mədə-bağırsaq sistemi orqanlarının sağlamlığı dişlərin sağlamlığından çox asılıdır. Hətta 1 dişin olmaması həzm sisteminə çox mənfi təsir edir.

Kruasan haqqında bilmədiklərimiz

Kruasan dedikdə  ağıla ilk növbədə  Fransa gəlsə də, əslində bu şirniyyat növünün vətəni Vyanadır. Bu aypara formalı şirniyyatlar əvvəlcə  “kipferl”  kimi tanınırdı. “Kipferl” adı ilk dəfə 13-cü əsrə aid olan bir şeirdə yer alıb.  Şeirdən məlum olub ki, bu ləzzət Milad bayramında Kral Leopola təqdim edilən şirniyyatlardan biri olub. 

Məşhur Avstriya əfsanələrindən birində deyilir ki, 1683-cü ildə Avstriyanın Osmanlı imperiyası üzərində qələbəsi şərəfinə kruasanlar  bayram yeməyi kimi məşhurlaşıb.  Onlar içinə badam və kərə yağı dolduraraq  onu türk bayrağının atributu sayılan  aypara formasında hazırlayırdılar. Lakin qeyd etmək lazımdır ki, fransızlar xüsusi reseptlərini  əlavə edərək kruasanın dadını daha da  gözəlləşdirdilər.

Balıqlar haqqında bunu bilirdinizmi?

Sən demə, balıqların yaddaşı yoxdur.

Yer kürəsinin ən təhlükəsiz yolları

Dünyanın ən təhlükəsiz yolları Norveçdədir. Məsələn,  600 mindən çox insanın yaşadığı Oslo şəhərində 1975-ci ildən bəri yol qəzaları nəticəsində cəmi 41 nəfər həyatını itirib. Çox maraqlıdır ki, bu göstərici hər il azalmaqdadır. Bunu da əlavə edək ki, 2021-ci  ildə    Norvec yollarında heç bir piyada və ya uşaq ölməyib.Bütün bunların  səbəbləri isə birincisi, müasir təhlükəsiz avtomobillər, ikincisi, yaşayış məntəqələrində sürət həddində ciddi məhdudiyyətlər və nəhayət ən əsası odur ki, bura velosiped yolları tikilməyə başlayıb. Öz növbəsində velosiped və avtomobil yolları çox nadir hallarda kəsişir.

Dünyanın ən böyük parikinin sahibəsi kimdir?

Dünyanın ən böyük parikinə sahib olan  aktrisa Dryu Barrimordur.  Həmin parikin  ölçüsü nə az, nə çox  2.23 metrdir. O, bu pariki taxıb rəqs etdiyinə görə hətta, “ Ginnesin Rekordlar Kitabı”na düşmüşdü.

Yamaykada danışmayan uşaqlara bu yeməyi vermirlər

Yamaykada insanlar hələ danışa bilməyən uşaqlara toyuq əti yedizdirmirlər. Çünki onlar bu zaman körpələrinin heç vaxt danışa bilməyəcəklərinə inanırlar.

Şampanın əsl yaradıcısı kimdir?

Bir çoxları şampan şərabının yaranmasını rahib Pyer Perinonun adi ilə bağlasalar da, hərçənd bunun da təsdiqi  yoxdur.  Rəvayətlərə görə,rahib monastrlardan birində şərab hazırlanması işlərinə nəzarət edirdi. Bir gün şərab şüşəsində qabarcıqların olduğunu görür və onları yox etmək istəsə də bu cəhdi alınmır. Daha da qabaran içkidən heyrətə gələn rahib dostlarına səslənir: “Qardaşlar, gəlin mənim yanıma, birlikdə ulduzları içək!”

Çində qadınlara qoyulan qadağa

Çinin Təhsil Nazirliyi qadınların mədən, tunel mühəndisliyi, aviasiya və bəzi başqa sahələrdə təhsil almasını qadağan edir. Səbəb kimi isə "qadınların təhlükəsizliyi" göstərilir.

Sehrli fəvvarə

Romada yerləşən dünyanın  ən məşhur “Tveri” fəvvarəsi  1732-1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir.  Deyilənlərə görə,  kim fəvvarəyə başı üzərindən xırda pul atarsa, Romaya bir daha səfər edəcəkdir. Turistlər tərəfindən atılan pullar xeyriyyə məqsədi ilə istifadə edilir.

Əllərin daim nəm olması nədən xəbər verir?

İnsanın əllərinin daim nəm olması ürək xəstəlikləri və qalxanvari vəzidə olan pozulmalardan (qalxanvari vəzin hiperfunksiyası) xəbər verə bilər.

Samirə Tağıyeva, “İki sahil”