10 avqust 2023 20:08
392

ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışığı aparıb

Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Buyar Osmani Tvitter səhifəsində paylaşım edib.

ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib.