İkinci Dünya müharibəsindən sonra dümya ölkələrinin bir çatı altında birləşib, böyük və səlahiyyətli bir təşkilat olan BMT-nin yaradılması insanlarda gələcəkdə sülhün qorunmas və inkişafın, demokratiya və insan hüquqlarının qorunması, eləcə də dünya dövlətlərinin suverenlik və ərazi bütövlüyü kimi həyati vacib məsələarasında çoxtərəfli əməkdaşlığın yaranmasında, ədalətli qərarların qəbul ediləcəyinə böyük inam var idi. Dünyanın ən böyük beynəlxalq təşkilatı olan bu qurum əslində gəaliyyətə bsşladığı ilk illərdən qəbul etdiyi bir sıra qərarlarda ciddi yalnışlıqlar müşahidə edilirdi. Bəzi hallarda isə qəbul etdiyi çoxsaylı sənədlər yerinə yetirilməyərək elə kağız üzərində qalırdı. BMT-nin son illərdəki fəaliyyəti qəbul etdiyi qeyri-obyektiv qərarları və dünyada baş verən geosiyasi proseslərə ədalətsiz münasibəti onu getdikcə daha da nüfuzuna daha çox kölgə salır. Bu faktlarla bağlı misalları onlarla bəlkə də yüzlərlə çəkmək olar. Elə bunun nətucəsidir ki, qardaş Türkiyənin Cumhurbaşkanı Rəcəb Təyyub Ərdoğan hər fürsətdə dünya beşdən böyükdür fikirlərini səsləndirərək bu təşkilatı sərt tənqid edir. Eləcə də QH-nın hazırki Sədri, Respublikamızın Prezidenti cənab İlham Əliyev müxtəlif mötəbər tədbirlərdə BMT-nin zamanın çağırışlarına uyğun gəlməyən bir qurum adlandıraraq, bu təşkilatın həm strukturunun və həm də fəaliyyət mexanizminin təcili təkmilləşdirilməsinə ehtiyac olduğunu cəsarətlə bəyan etmişdir. Azərbaycan xalqı BMT-nin ədalətsiz, ikilistandartlar çərçivəsindəki fəaliyyətindən ən çox əziyyət çəkən ölkələrdəndir. Belə ki, Azərbaycanın beynəkxalq aləmdə tanınmış ərazilərinin 20%-nin və əhalisinin bir milyondan çoxunun qaçqın olduğu otuz il ərzində BMT TŞ-nın dörd qətnaməsi olsa da ötən dövr ərzinfə bu təşkilat ən azı öz nüfuzunu qorumaq naminə bir addım belə atmamışdı. Fəxrlə qeyd etməliyik ki, bu qətnamələr Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanının və Qalib Ordusunun qəhrəmanlığı ilə 44 günlük Vətən müharinəsində həyata keçirildi.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bugünlərdə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertlərin heç bir həqiqi fakta əsaslanmadan guya Azərbaycan tərəfindən "Laçın dəhlizi"nin blokadada saxlandığı və "Dağlıq Qarabağ" bölgəsində "gərgin humanitar vəziyyət" yarandığı iddiası da çıxış etmələri də bu təşkilatın növbəti qeyri-obyektiv fəaliyuətinə nümunədir. Qeyd etdiyim kimi 30 il ərzində erməni işğalına göz yuman bu təşkilatın nümayəndələri tərəfindən belə qərəzli fikir səsləndirməsi bir daha göstərir ki, BMT və onun ayrı-ayrı qurumları erməni diasporunun maliyyəsi ilə gəaliyyət göstərən erməni lobbiçilərinin ciddi təsiri altındadır. Ötən dövr ərzində, beynəlxalq hüququn bütün prinsiplərinə riayyət edən
Azərbaycan indi də öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib, ermənilərə isə humanitar yüklərin daşınması üçün daha əlverişli Ağdam-Xankəndi yolundan istifadə etmələri təklifini irəli sürüb. Daha dəqiq ifadə etsək həmin ərazilərdə heç bir blokadadan və humanitar böhrandan söhbət gedə bilməz. Bununla bərabər xatırlatmalıyıq ki, Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında Ermənistanın bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd edilib və Ermənistanın növbəti şər və böhtan iddialarının əsassız olduğu bir daha sübut edilibdir. Beynəlxalq Ədalət Məhkəmənin belə bir obyektiv qərarından sonra erməni lobbisinin təsirində olan ermənipərəst ekspert və məruzəçilərin bölgədə "Gərgin humanitar vəziyyət"in hökm sürməsi fikirlərini dəsləndirməsi BMT-nin nüfuzuna getdikcə daha çox xələl gətirir.
Məlahət İbrahimqızı xatırladıb ki, Azərbaycan xalqı artıq 30 il ərzində belə qərəzli və ermənipərəst mövqeli münasibətlərə öyrəşib. Bu cür mövqelər ölkəmizi və dövlətimizi öz haqqlı mübarizəsindən döndərə bilməz. Son vaxtlarda da BMT-nin bəzi məruzəçilərinin ölkəmizə qarşı qərəzli mövqe tutması təəssüfedici haldır. Belə məruzələrdə əslində BMT-nin Azərbaycanın ərazi bütövlüyünü öz sərhədləri çərçivəsində tanıdığı halda müxtəlif terminlərdən istifadə olunması təşkilatın manipulyasiya alətinə çevrildiyini göstərir. Laçın yolunda "gərgin humanitar vəziyyət"in hökm sürməsi erməni lobbisinin vermiş olduğu saxta və yalan məlumatlara əsaslanaraq bəzi ekspertlərin uydurmasıdır. BMT və onun qurumları, eləcə də bu təşkilatı təmsil edən məruzəçilər hansısa naməlum ekspertlərin səsləndirdiyi yalan üzərində deyil hüquqa, Beynəlxalq Məhkəmənin qərarını əsas götürməlidir. Erməni lobbisinin təsiri altında fəaliyyət göstərən şəxslərə və ya qurumlara istinad etmək isə BMT-yə olan etimadın itirilməsi deməkdir.
Məlumdur ki, aparılan bütün müşahidələrdə Azərbaycan tərəfindən Xankəndinin erməni sakinlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi tam və sərbəst şəkildə heç bir maneə olmadan təmin olunub. Bu mənada məruzələrdə "blokada", "humanitar böhran" kimi ifadələrdən istifadə edilməsi bir daha BMT üzərində də erməni revanşistlərinin və saxtakar erməni diasporunun təsirini göstərir. Eyni zamanda bu münasibət Ermənistan tərəfinin ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə həyata keçirdiyi növbəti manipulyasiyanı bir daha sübut edir. Həqiqətən də dünyanın ən böyük təşkilatı olan BMT-nin İnsan Hüquqları Şurasını təmsil edən məruzəçilərin ermənipərəst və qərəzli mövqeləri qəbul edilməzdir və reallığın tam əksinədir. Nəzərə alsaq ki, BMT-də səslənmiş bu fikirlər Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesində, sülh müqaviləsinin imzalanmağa hazırlaşdığı dövrdə baş verir, BMT kimi “mötəbər” beynəlxalq təşkilatın qlobal sülhün müdafiəçisi olduğunun ancaq sözdə olmasını göstərir.
Yekun olaraq qeyd edim ki, BMT-nin son illərdəki qeyri obyektiv fəaliyyəti onun təkcə Azərbaycan ictimaiyyəti arasında deyil, eyni zamanda dünya ictimaiyyətinin də etimadının itirilməsi ilə nəticələnib.