11 avqust 2023 15:31
935

"Azəriqaz" qazlaşdırmanın həcmini və sürətini artırıb - FOTO

Avqustun 11-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayevin  moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Tədbirdə  ölkədə aparılan qazlaşdırma işi barədə məlumat verilib. Birliyin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov bildirib ki, 2023-cü ilin sonuna qədər Azərbaycanda əlavə daha 50 kənd və  yaşayış massivinin qazlaşdırılmasına başlanılması nəzərdə tutulub: «Bu ilin yanvar-iyul aylarında ölkədə artıq 90-a yaxın yaşayış məntəqəsi və yeni yaşayış massivində paylayıcı küçə xətlərinin və daşıyıcı qaz xətlərinin çəkilməsi işləri davam etdirilib.»

T.Cəfərov qeyd edib ki, hazırda ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,3faiz təşkil edir: «Bu, kifayət qədər yüksək göstəricidir. Amma buna baxmayaraq növbəti illərdə də qazlaşdırılma işləri daha sürətlə davam  etdiriləcəkdir».

Elçin Zaman, "İki sahil"