“Pakistana tərəqqi və firavanlıq arzulayıram”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov “Twitter”də Pakistanın Müstəqillik Günü ilə bağlı paylaşımında qeyd edib.
“14 avqust - Pakistanın Müstəqillik Günü münasibətilə pakistanlı bacı və qardaşlarımı ürəkdən təbrik edirəm! Bu xoş gündə qardaş Pakistana davamlı tərəqqi və firavanlıq arzulayıram. Müstəqillik Gününüz mübarək!”, - deyə səfir bildirib.