14 avqust 2023 11:11
632

Gəncədə “Azəriqaz”ın sahibkarlarla görüşü keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü avqustun 16-da Gəncə şəhərində keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirlib ki, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncədə görüşü təşkil olunacaq.

Aksiya Füzuli Parkının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.