Bu günə qədər “Ginnesin Rekordlar Kitabı” mütəmadi olaraq yeni rekordlarla yenilənir. Gəlin görək son vaxtlar orada nə yenilik var?
Kuklalar kraliçası
Almaniyadan olan Bettina adlı qadın uşaqlıqdan Barbi həvəskarıdır. Bu il şübhəsiz ki, onun ilidir. O, 15.000 ədəd barbi kuklası toplayaraq “ Ginnesin Rekordlar Kitab”na düşüb. Qeyd edək ki, məhz bu qadın barbi kuklalarının ən böyük kolleksiyasına sahibdir.
“Ginnesin Rekordlar Kitab”ında yeni bölmə
Bu il “Ginnesin Rekordlar Kitabı” ilk kriptovalyuta rekordlarını qeyd edəcək.
Belə ki, bu bölməyə insanların rəqəmsal pulun yaranması və dövriyyəsi ilə bağlı nailiyyətləri daxil ediləcək.
Ən uzun dilə sahib olan it
ABŞ-ın Luiziana ştatından olan it 12,7 sm uzunluğunda olan dili ilə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Metayri sakinləri Sadi və Dryu Vilyams "Labrador -Alman Çoban" qarışığı olan Zoya adlı iti cəmi 6 həftəlik olarkən övladlığa götürdüklərini və onun qeyri-adi dərəcədə uzun dilini demək olar ki, dərhal gördüklərini söyləyiblər.
Cütlüyün dediyinə görə, Zoya qonşular arasında məşhurdur. Dryu Vilyamsın sözlərinə görə, gəzməyə çıxaranda insanlar onun yanına gəlir və sığallamaq istəyirlər.
Ən çox top tutan insan
Bu il qeydə alınan rekordlardan biri də Almaniyalı Andre Ostolfa aiddir. O, gözü bağlı halda ən çox tennis topu tutan insandır. Çox maraqlıdır ki, bu insan 1 dəqiqədə 32 top tutub.
Başına antena taxan insan
Qəribə səslənsə də, İngiltərəli Neyl Harbisson başına antenna qoyduran ilk insandır.
Bodibildinqlə məşqul olan ən yaşlı insan
Amerikalı Cim Arrinqton bodibildinqlə məşğul olan ən yaşlı insandır. Onun nə az, nə çox 83 yaşı var. Onun adı bu nailliyyətlərinə görə hətta “ Ginnesin Rekordlar Kitabı” na əlavə olunmuşdu.
Nəhəng qar adamı
Dünyanın ən nəhəng qar adamı ABŞ-ın Betel şəhərində qurulmuşdur. Onun hündürlüyü 37,21 m-dir.
Dünyanınn ən uzun bığları
Dünyanın ən uzun bığları Cənubi Kaliforniyadan olan Paul Slosara məxsusdur. Onların uzunluğu 63,5 sm-dir.
Qan donorluğu üzrə dünya rekordçusu
31 mart 2023-cü ildə Kanadanın Alberta şəhərindən olan 80 yaşlı qadın qan donorluğu sayına görə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Josefina Mixalyuk 1965-ci ildə 22 yaşında qan verməyə başlayıb və o vaxtdan bəri ümumilikdə 203 vahid qan verib. Əvvəlki rekordu Madhura Ashok Kumar tərəfindən bağışlanan 117 ədəd idi. Josefinanın sözlərinə görə, onu ilk dəfə donorluq etməyə böyük bacısı razı salıb. "Mən ona qoşulmağa qərar verdim və bu, başlanğıc idi" deyib. Qan qrupu O+ olan Mixalyuk, ianələrinin başqalarına kömək etdiyi haqda bilməyi çox sevdiyini söyləyib. Yalnız bir neçə il o, donor ola bilməyib, çünki qadınlar hamiləliyin doqquz ayı ərzində və ondan sonrakı bir il ərzində qan verə bilməzlər. Josefinanın dörd övladı olduğuna görə həmin illərdə donor ola bilməyib. Həmçinin bir neçə əməliyyat keçirdiyinə görə də bir il qan verməkdən çəkinib.
O, hər dəfə bir vahid qan verir. Josefina, həmçinin qeyd edib ki, hər qanvermədən sonra o, özünü "enerjili" hiss edir Yaşının çox olmasına baxmayaraq, onun ianə nisbəti zərrə qədər də aşağı düşməyib, hələ də orta hesabla ildə dörd litrdən çox qan verir.
Qədim qalıqları aşkar edən 4 yaşlı uşaq
Villi Brays bu il qumla oynayarkən qədim dinozavr qalıqlarını kəşf edib. Deyilənlərə görə,cəmi 4 yaşı olan bu uşağın aşkar etdiyi qalıqların nə az, nə çox 100 milyon yaşı var imiş . Məxluqun təxminən 4,5 metr uzunluğunda, qısa ayaqları və uzun quyruğu olduğu güman edilir. Çox maraqlıdır ki, 4 yaşlı uşağın adı bu qalıqları aşkar etdiyi üçün “ Ginnesin Rekordlar Kitabı”nda yer almışdı.
Kristiano Ronaldonun yeni rekordu
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo AVRO-2024-ün seçmə mərhələsində Lixtenşteynlə oyunda fərqlənərək yeni rekorda imza atıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına görə, 38 yaşlı forvard bununla qatıldığı 6-cı Avropa çempionatında qol vurmağa müvəffəq olub.
Ronaldo 2004-cü ildən bəri qatıldığı bütün qitə birinciliklərinin seçmə və ya final mərhələsində fərqlənməyə macal tapıb. Superulduzun ən yaxın izləyiciləri olan Yari Litmanen və Robbi Kin 5 Avropa çempionatında qol vura bilib.
Bu il Kriştiano Ronaldo öz rekordlarına daha birini də əlavə edib. Futbolçunun instaqram səhifəsindəki izləyicilərinin sayı 600 milyona çatıb. O, instaqramda izləyicilərinin sayı 600 milyona çatan ilk şəxs olub.
Qeyd edək ki, ulduz futbolçu bu səhifədəki hər paylaşımına görə 2,39 milyon dollar qazanır. Onun “İnstaqram” sosial şəbəkəsinin dünyada təxminən 1,21 milyard aktiv istifadəçisi var.
Rubik kublarını havada atıb tutaraq yığan insan
22 yaşlı Çin vətəndaşı olan Li Zhihao rubik kublarını tez yığmasına görə, rekorda imza atıb. Çox maraqlıdır ki, bunu cəmin 3 dəqiqə 13 saniyəyə edən gənc oğlan həmin kubiki atıb-tutaraq yığıb.
Ən uzun buynuzlu keçi
Ən uzun buynuza (təxminən 146 sm) sahib olan Albinos keçisi bu il “Ginnesin Rekordlar Kitabı”na düşən canlılar sırasına daxildir.
Ağzında 150 şam?
David Raş adlı oğlan bu il inanılmaz rekorda imza atıb. O, ağzında bir neçə saniyə ərzində 150 ədəd yanan şam saxlayaraq hər kəsin diqqətini özünə cəlb etməyi bacarıb.
100 saat yemək bişirən aşpaz
Nigeriyalı aşpaz Hilda Bassey Effionq 100 saat yemək bişirərək “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Xalq arasında "Hilda Bacı" kimi tanınan 27 yaşlı Effionq mayın 12-i cümə günü ölkənin Laqos şəhərində başladığı yemək marafonunu 100 saat davam etdirərək yeni rekorda imza atıb.
Qeyd edək ki, “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Effionq hindistanlı aşpaz Lata Tondonun 2019-cu ildəki 87 saatlıq rekordunu geridə qoyub.
Samirə Tağıyeva, “İki sahil”