15 avqust 2023 11:02
363

Azərbaycanın daimi nümayəndəsi BMT TŞ-nin iclasında iştirak edəcək

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının (TŞ) avqustun 16-da Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

***

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək.

“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, A.Mirzoyan BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclasında iştirak edəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi məlumat vermişdi ki, Ermənistanın müraciəti ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasının iclası avqustun 16-da ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da keçiriləcək.