16 avqust 2023 12:14
364

Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, Ağdam-Xankəndi yolu işləkdir- Hikmət Hacıyev

“Azərbaycan yol blokları, maneə divarları qurmur. Azərbaycan yol inşa edir”.

“İki sahil”in verdiyi məlumata görə, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, bu yol işləkdir”, - deyə o bildirib.