16 avqust 2023 12:50
319

Nazir müavini: Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam edəcək

"Azərbaycan Ukraynada müharibə başlayandan bəri ona kömək əlini uzadıb, müxtəlif növ humanitar yardımlar göstərib".

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

Onun sözlərinə görə, yardım müharibənin fəsadlarından ən çox əziyyət çəkən ukraynalı uşaqların sosial və tibbi reabilitasiyası üçün göstərilir: "Ötən il belə uşaqlardan ibarət iki qrup Azərbaycanda olub. Onların reabilitasiyası ilə Sosial Xidmətlər Agentliyi məşğul olub. Bu il 30 ukraynalı uşaq Azərbaycana səfər edib. Biz bu prosesi davam etdiririk".