16 avqust 2023 13:37
316

Xarici diplomatlar Ağdam Konfrans Mərkəzində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi nümayəndələr Ağdama səfər çərçivəsində Ağdam Konfrans Mərkəzində olublar.

“İki sahil” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ağdam Konfrans Mərkəzinin inşa tarixi və tutumu barədə qonaqlara məlumat verib.