“Bu səfərə dəvət edildiyim üçün təşəkkür edirəm. Səfərin davamını, bu ərazilərdə inkişafı və yenidənqurma layihələrini görməyi səbirsizliklə gözləyirəm”.
“İki sahil” xəbər verir ki, bunu apa-ya xarici diplomatların Ağdama səfəri çərçivəsində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero deyib.
“İndiyə qədər gördüyüm və məni təqsirləndirən layihələrdən biri də yolboyu əkilən ağaclardır. Səfərin yekunlaşmasını və bütün bu inkişafı görməyi səbirsizliklə gözləyirəm və nəticədə mən gördüklərim barədə daha çox şərh verə biləcəm”.