16 avqust 2023 14:17
360

Prezidentin köməkçisi: Ağdam-Əsgəran-Xankəndi yolu bütün lazımi vasitələrin çatdırılması üçün açıqdır

“Ağdam-Əsgəran-Xankəndi yolu hazırdır, işləkdir və bütün lazımi vasitələrin çatdırılması üçün açıqdır”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.

O bildirib ki, Ağdamdan Xankəndiyə cəmi 23 km yoldur.

“Diplomatik korpus və beynəlxalq media ilə yolun üzərində dayanamışıq və Əsgəran tərəf baxırıq. Azərbaycan divarlar tikmir, yollar çəkir!” – Prezidentin köməkçisi əlavə edib.