16 avqust 2023 19:47
432

Azərbaycan vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Laçın keçid məntəqəsini yaradıb - Ayxan Hacızadə

Azərbaycan Laçın yolunda vətəndaşların və avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək, Ermənistanın bu yoldan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə etməsinin qarşısını almaq məqsədilə Laçın keçid məntəqəsini yaradıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Twitter“ hesabında yazıb.

“Blokada” ilə bağlı iddialar əsassızdır!” – o əlavə edib.