17 avqust 2023 00:59
356

Ağdam-Xankəndi yolunda quraşdırılmış maneəler götürülməlidir

"Humanitar problem" kimi göstərilən şey əslində siyasi provikasiyadır".

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Ermənistan nəyi "humanitar problem" kimi göstərmək istəyir?! Bu bir provikasiya, məsuliyyətsiz siyasi kampaniyadir. Bu kampaniyanın məqsədi ölkəmin suverenliyini və ərazi bütövlüyünü pozmaqdır. Ermənistan 30 ildən çox BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyib",- deyə Yaşar Əliyev vurğulayıb.

O qeyd edib ki, humanitar yükərin Qarabağ regionuna müxtəlif marşrutlarla catdırılması mümkündür:" Ermənistan tərəfindən Ağdam- Xankəndi yolunda quraşdırılmış fiziki maneəler götürülməlidir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi yerli əhaliyə humanitar yardımı çatdıra bilsin".