Türkiyə Liviyanın Aralıq dənizi sahilində yerləşən Xüms şəhərində yerləşən Xüms limanını 99 il müddətinə icarəyə götürüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzi (TÜRK-DEGS) sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, bölgədə qurulacaq hərbi bazaya Türkiyənin milli PUA və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.
Bu addım, həmçinin ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək.
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib