17 avqust 2023 10:39
333

Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunub

Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.