17 avqust 2023 15:30
938

Bu adada temperatur 81° oldu

İranın Hörmüz boğazında yerləşən Qeşm adasının hava limanında rekord temperatur qeydə alınıb.

“İki sahil” xəbər verir ki, hava limanında havanın temperaturu 81° göstərib.

İran Meteorologiya Mərkəzinin yaydığı məlumata görə, yüksək temperatur nəticəsində həyat iflic olub. Çox sayda insanın halı pisləşib, iş yerləri və ictimai nəqliyyatın fəaliyyətində problemlər müşahidə edilib.