Yer kürəsi müxtəlif mədəniyyətlərlə zəngindir. Hər bir xalqın öz adət-ənənəsi və geyimi var. Bu yazıda mextəlif xalqların ənənəvi və eyni zamanda, qeyri-adi sayılan baş geyimlərini təqdim edirik. Əminik ki, onlar sizi çox təəccübləndirəcək.
Bigouden
Bigouden adlı bu baş geyimi 20-ci əsrdə Fransada məşhurlaşmışdı. O, zamanlar bu papaqların uzunluğu 40 sm hündürlüyə çata bilirdi.
Ti-i-langga
Ti-i-langaa bambuk, xurma yarpaqları və sümük buynuzundan hazırlanmış ənənəvi İndoneziya papağıdır. Bu papağın yaranma tarixçəsi o qədər qədimlərə gedib çıxır ki, hətta yerli sakinlər onun niyə belə qəribə formada olması ilə bağlı heç nə xatırlamırlar.
Uzunbuynuzlu Maoların baş örtüyü
Uzunbuynuzlu Maolar Çin xalqlarından biridir. Onların ənənəvi baş geyimi buynuz, yun saç və saplardan ibarətdir. Onların əvəzolmaz bu geyim elementi tayfanın bir neçə nəsil qızlarının tökülmüş saçlarını heyvanın buynuzuna bükməklə hazırlanır. Müxtəlif iplər ilə sabitlənən bu baş qeyiminin çəkisi nə az, nə çox 6 kq-a qədər ola bilər.
Perak
Hindistanın Himalay dağı tərəfində yaşayan qadınlarının baş geyimi perak adlanır. Dəri zolaqlarından ibarət olan bu papaq firuzəyi və lazurit daşları ilə bəzədilir. Perak hindistanlı qadınlar üçün ailə sərvəti sayılır və adətən nəsildən-nəslə ötürülür. Burada onun pis ruhlardan qoruya biləcəyinə inanılır.
Çulyo
Peru xalqlarının ənənəvi trikotaj papağı Çulyo adlanır. Adətən həmin papağın dizaynı və kəsilməsi onun kimin tərəfindn geyinildiyindən asıllıdır. Yəni bu papaq sahibinə özəl olaraq tikilir və onun tutduğu status haqqında bir çox məlumat verə bilər.
Vodabe
Vodabelər Nigeriyada yaşayan bir qəbilədir. Onların rəngli dəri əlavələri olan ənənəvi papağı yalnız kişilər tərəfindən və yalnız sifətində parlaq makiyajla istifadə olunur.
Çad
Cənub-Şərqi Asiya ölkələrində monarxiya hakimiyyətinin simvolu kimi istifadə edilən hündür və mürəkkəb baş geyimi Çad adlanır. O, qızıldan hazırlanmış və ya zərlə örtülmüş sivri formaya malikdir. Hazırda bu tip baş geyimlərini Tailandda keçirilən teatr tamaşalarında görə bilərsiz.
Ştraiml
Hasidlərin ştraiml adlı ənənəvi baş geyimi xəzdən hazırlanır və yalnız xüsusi günlərdə geyinilir.
Tagelmust
Külək, qum və pis ruhlardan qoruyan tagelmust baş geyimi Taureglər arasında yayılmışdır. Bu papağı yalnız kişilər geyinirdilər. Çox maraqlıdır ki onlar , bu baş geyimi nə yemək yeyərkən və ya yatarkən belə çıxarmırdılar.
Roaç
Hindlilərin lələklərdən ibarət baş geyimi roaç adlanır. Bir müddət öncə hindililər haqqında çəkilən filmlərdə tez-tez istifadə olunan Roaç amerikalılar tərəfindən də çox sevildi.
Samirə Tağıyeva, “İki sahil”