17 avqust 2023 22:25
569

Hər 6 dəqiqədə bir

London telefon oğrularının daim hərəkətdə olduğu paytaxt şəhərdir.

“İki sahil” xəbər verir ki, məlumatlar göstərir ki, keçən il Londonda 91 minə yaxın telefon oğurlanıb. Yəni hər 6 dəqiqədən bir 1 telefon oğurlanır ki, bu da gündə 250-yə yaxın telefon oğurlanması deməkdir.

Polisin məlumatları göstərir ki, telefon oğurluğunu törədənlər də, qurbanları da gənc yaşdadır. 14-20 yaş arası əhalinin oğrularla daha tez-tez rastlaşma riski ilə üzləşdiyi bildirilir. Səlahiyyətlilər onu da əlavə edirlər ki, insanlar ağır həyat şəraiti səbəbindən oğurluğa meyllidirlər.