18 avqust 2023 14:48
292

Səlcuq Bayraktar: Azərbaycanda “Bayraktar”ların kəşfiyyat və müşahidə qabiliyyətini bütün dünya gördü

“Bayraktar”ların kəşfiyyat və müşahidə qabiliyyətini Azərbaycanda bütün dünya gördü”.

"İki sahil” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib.

O bildirib ki, PUA-ların əsas uğuru məhz müşahidə imkanlarıdır.

S.Bayraktarın sözlərinə görə, hazırda bu texnikalardan Ukraynada da geniş istifadə olunur.