18 avqust 2023 17:52
395

Ukraynaya girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu ilin əvvəlindən avqustun 1-nə qədər Ukrayna sərhədlərində ölkədən geri qaytarılan və ölkəyə girişi qadağan edilən Azərbaycan vətəndaşlarının sayı məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, bu ilin 7 ayı ərzində 222 nəfər Azərbaycan vətəndaşı ölkədən geri qaytarılıb. 39 Azərbaycan vətəndaşının isə müvafiq müddətlərə ölkəyə girişi qadağan olunub.