19 avqust 2023 12:00
684

“Azəriqaz” İstehsalat Birliyi Naftalanda səyyar qəbul keçirib

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Naftalanın Xan Qərvənd kəndində baş tutub.

“Azəriqaz” İB-dən “İki sahil”ə bildirilib ki, Birliyin Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi sakinləri yerlərdə vətəndaşların qaz təsərrüfatına dair problemlərinin dinlənilməsinə və onlara kömək göstərilməsinə xidmət edən aksiyanın imkanlarından yararlanmağa çağırıb. Mikrofon önünə keçən sakinlər Xan Qərvənd kəndindəki Mirzə Məmmədov adına tam orta məktəbin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və fərdi qazlaşma ilə bağlı müraciətlər ünvanlayıblar.

Birliyin məsul şəxsləri səsləndirilən hər bir müraciəti cavablandırıb, vətəndaşlara izahatlar veriblər.