İtaliya sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısını almaq üçün klubların və bu kimi yerlərin qarşısında pulsuz taksi sürməyi təklif etməklə ölümlə nəticələnən yol qəzalarının qarşısını almağı hədəfləyir.
Layihə sərxoş vəziyyətdə avtomobil sürməyin qarşısını almaq və İtaliya küçələrində təhlükəsizliyi təmin etmək üçün kampaniyalarda fəal iştirak edən İtaliyanın nəqliyyat naziri, sağçı Liqa lideri və Baş nazirin müavini Matteo Salvini tərəfindən irəli sürülüb. İkilinin bu təşəbbüsü solçu müxalifət və avtomobil qəzalarının qurbanlarını təmsil edən birliklər tərəfindən geniş şəkildə tənqid olunub. Tənqidçilər bu layihə gənclər arasında həddindən artıq spirt istehlakının artmasına səbəb olacağını və bəzi vətəndaşlar isə vergilərinin bu cür nəqliyyatın maliyyələşdirilməsinə töhfə verəcəyindən şikayətləndiyini bildiriblər. Təklif İtaliyada bir neçə gecə əyləncə məkanı birlikləri tərəfindən dəstəklənib.
Qeyd edək ki, keçən həftə sonu İtaliyanın 6 şəhərində ilk dəfə olaraq diskoteka və klubların kənarında içkili vəziyyətdə avtomobil idarə etmələrinin qarşısını almaq üçün pulsuz taksi sürməyi təklif edənlər toplaşıblar.Təşəbbüs cənub Pugliadan şimali Venetoya qədər bir neçə bölgədə həyata keçirilir və sentyabrın ortalarına qədər davam edəcəkdir. Layihə klublardan çıxanda xüsusilə sərxoş görünən şəxslərdən alkoqol testindən keçmək xahişinə əsaslanır. Əgər test onların spirtin səviyyəsinin qanuni həddi aşdığını göstərərsə, onları evə təhlükəsiz şəkildə çatdırmaq üçün taksi və ya servis çağırılacaq.
İtaliyanın Carabinieri polisinin Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən nəşr olunan məlumatına görə, 2019-cu ildə İtaliyada xəsarət alan 58,872 yol qəzalarının təxminən 8,7%-i spirtli içkinin təsiri altında olan sürücünün iştirakı ilə baş verib.
dailysabah.com
Leyla Şıxəli, “İki sahil”