21 avqust 2023 22:06
621

Bu sosial şəbəkənin işində problem yarandı

Teleqram sosial şəbəkəsinin işində problem yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə bütün dünyada resurslara çıxışla bağlı problemləri izləyən “Downdetector” xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, istifadəçilər axşam saatlarında messencerin işindən şikayət etməyə başlayıblar. Onların əksəriyyəti (57 faiz) proqramdan istifadə edərkən problemlərlə üzləşib.