Özbəkistan Xarici İşlər Nazirliyi Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ilə bağlı “X”də paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda yazılıb:
“Prezident Şavkat Mirziyoyev Bakıya dövlət səfərinə gedib. Bu gün yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır, bu görüşlərdə xalqımızın liderləri ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər”.
Qeyd edək ki, Ş. Mirziyoyev Azərbaycanda səfərdədir.
At the invitation of @presidentaz H.E. Ilham Aliyev, @president_uz H.E. Shavkat Mirziyoyev arrived in #Baku on a State Visit. High-level meetings are planned for today, during which the leaders of our two nations will discuss the issues of further deepening ties. pic.twitter.com/vaxcfmTH3f
— Uzbekistan MFA (@uzbekmfa) August 22, 2023