Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonu ərazisində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.
“İki sahil” xəbər verir ki, tədbirlərdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, istirahət mərkəzlərində çalışan və istirahət edən vətəndaşlar, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirlərdə vətəndaşlara müxtəlif məkanlarda, xüsusilə də meşə zolaqları və istirahət zonalarında mümkün yanğınların qarşısının alınması üçün zəruri profilaktik tədbirlər barədə geniş məlumat verilib, yanğınlar baş verdikdə təhlükəsiz davranış qaydaları izah olunub.
Suallar cavablandırılıb, vətəndaşlara mövzuya aid yaddaş kitabçası və maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları təqdim edilib.
A.Quliyev: Bu gün artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb
BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva
Beynəlxalq Astronavtika Konqresində kosmik texnologiyaların təhsilə inteqrasiyası müzakirə olunur