23 avqust 2023 17:28
232

Azərbaycan və Özbəkistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmıəti məlumat yayıb.