23 avqust 2023 17:36
295

Azərbaycan və Özbəkistan Prezidentləri Yuxarı Gövhər Ağa məscidində olublar

Şuşada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Yuxarı Gövhər Ağa məscidində olublar.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.