“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması regionun davamlı inkişafını təmin edəcək”.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin İrəvanda ermənistanlı həmkarı Nikol Paşinyanla görüşü zamanı deyib.
O bildirib ki, rəsmi Moskva regionda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin qurulmasının tərəfdarıdır: “Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərərəfli razılaşmaya uyğun olaraq yeni infrastruktur layihələrinin yaradılmasının davamlı iqtisadi inkişafı təmin edəcəyinə inanıram”.
M.Mişustinin sözlərinə görə, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması həm də insanlar arasında əlaqələri gücləndirəcək.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub