Belçikadan Azərbaycana qoyulan investisiya 120 milyon, Azərbaycandan Belçikaya qoyulan investisiya isə 250 milyon ABŞ dolları həcmindədir.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
“Biz bugünkü müzakirələrimiz çərçivəsində Azərbaycanla Aİ arasında bir sıra sahələrdə strateji əməkdaşlıq barədə müzakirələr apardıq. Burada, təbii ki, Azərbaycanın son illər ərzində Aİ-nin və üzv ölkələrin enerji təhlükəsizliyində artan rolu, yeni icra olunan layihələr ətrafında fikir mübadiləsi oldu”, - nazri deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub