"Göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. Son 8 ildir ki Belçika XİN rəhbəri Bakıya gəlməyib. Mən bu fürsətdən istifadə etmək istədim".
“İki sahil” xəbər verir ki, bu barədə Belçika xarici işlər naziri Hadja Lahbib Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Ceyhun Bayramovla görüşdə ikitərəfli münasibətləri müzakirə etdiklərini bildirib: “Biz istəyirik bu münasibətlər dərinləşsin”.
“Görüşdə tikinti, səhiyyə sahəsində əməkdaşlığa toxunduq. Biz istəyirik Belçika şirkətləri burada yaxşı təmsil olunsun. Bu görüş müxtəlif məslər barədə fikir mübadiləsi üçün fürsət oldu”, deyə nazir əlavə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub