24 avqust 2023 18:05
289

Nazir: Mən Azərbaycanın bu illər ərzində məyusluğunu anlayıram, amma biz gələcəyə baxmalıyıq

“Mən Azərbaycanın bu illər ərzində məyusluğunu anlayıram, amma biz gələcəyə baxmalıyıq. Biz bu vəziyyətdən çıxmalı, sülhə nail olmalıyıq”.

“İki sahil” xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadca Labib Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

“Mən başa düşürəm ki, bu 30 ildə nə baş verib, amma gəlin, gələcək üçün jest edək, jest edək ki, bizim uşaqlarımız bizi gələcəkdə yaxşı xatırlasın. Sülh xalqın, adi vətəndaşların həyatının yaxşılaşdırılmasına xidmət etməlidir, çünki müharibənin ilk qurbanları adi vətəndaşlardır. Sülh həm Ermənistan, həm Azərbaycan həm də bütün dünya üçün vacibdir”, - deyə xanım nazir bildirib.