"Xanım nazirə həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə də məlumat verdim".
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
“Həmçinin bu sahədə ən ciddi təhdidlərdən olan mina təhdidi barədə də məlumat verdim. Ermənistan bu sahədə tamamilə qeyri-konstruktiv mövqe sərgiləyir. Hansı ki Ermənistan tərəfindən basdırılan minalar hələ də can itkisinə səbəb olur. Bu günə kimi ümumilikdə 300-dən çox insan mina qurbanı olub. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti sözügedən əraziləri yenidən qurmaq əzmindədir”, - nazir əlavə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub