Rəcəb Tayyib Ərdoğan
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ən sevdiyi yemək quzu ətidir. Bu barədə uzun illər ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olan Cüneyt Asan məlumat verib.
C. Asan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yemək seçimində kaprizli olmadığını deyir. Onun sözlərinə görə, Prezident adətən həkim nəzarəti ilə qidalanır.
Vladimir Putin
Rusiyanın Prezidenti Vladimir Putin də əsasən ət yeməklərinə üstünlük verir. Bu barədə Kreml kombinatının keçmiş baş aşbazı Mixail Jukov məlumat verib. Putin, rasionunda, həmçinin mütləq balıq olmalıdır. Səhər yeməyində Prezidentin süfrəsinə sıyıq, kəsmik və bal verilir. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarına üstünlük verir. Şirniyyat məhsulları ilə çox da arası olmasına baxmayaraq Putin hədsiz dərəcədə dondurma həvəskarıdır. Prezidentin ən çox sevdiyi içki isə yaşıl çaydır.
Angela Merkel
Çox maraqlıdır ki, Almaniyanın sabiq Kansleri Angela Merkel yeməkləri özü hazırlayır. Siyasətçi xanım kartof şorbasını, ədviyyatlı kababı və bişirilmiş tərəvəzləri daha çox xoşlayır. Əksər qadınlar kimi, Merkel şirniyyatları sevir. Onun ən sevdiyi şirniyyat gavalı piroqudur. Spirtli içkilərdən müxtəlif şərablara üstünlük verir. Lakin bəzən də bir stəkan pivə belə içə bilər. Gündəlik rejimində isə adətən nanəli çaya üstünlük verir.
Barak Obama
ABŞ-ın sabiq Prezidenti olan Barak Obama “fast-food”u çox sevir. O, həmçinin pivə içməyi çox sevir. Çox maraqlıdır ki, Obama 2012-ci ildə Ağ Evin içində pivə istehsalına icazə vermişdi. Sabiq Prezident limonad və spirtsiz içkiləri heç içmir. Daha çox çaya və suya üstünlük verir.
B.Obama, həmçinin qovrulmuş badam, fıstıq, fındıq, südlü şokolad və tərəvəzləri sevir.
Marqaret Tetçer
Deyilənlərə görə, “Dəmir Ledi” kimi tanınan mərhum Marqaret Tetçer qaynadılmış yumurta, qreypfrut, pomidor və qara kofe istifadə etməklə tez-tez pəhriz saxlayırdı. O, həmçinin həftənin 4 günündə spirtli içkilərdən istifadə edirdi.
Uinston Çörçill
Məşhur siyasətçi Uinston Çörçill bütün dünyada qurman kimi tanınırdı. O, hər şeyin ən bahalısı və ən yaxşısını sevirdi. Çörçill bahalı pendirlər, müxtəlif nadir qəlyanaıtılar və qızardılmış vəhşi heyvan ətini çox xoşlayardı. Britaniyanın sabiq naziri konyaklardan “Hine” üstünlük verirdi. O, bahalı siqarlarını çəkərək mütləq bu konyakdan içirdi. Bəzən səhərlər “Johnnie Walker Red Label” adlı viskiyə üstünlük verən siyasətçi, bayram günlərində şampan şərabına üstünlük verirdi.
Kim İr Sen
Kim İr Sen nadir delikateslərin həvəskarı kimi tanınırdı. Qəribə səslənsə də, o ilan, begemot əti, və hətta bəzi həşəratları yeyirdi.
Kraliça Elizabet
Mərhum Kraliça Elizabet balıq, ət və müxtəlif tərəvəz yeməklərini çox sevirdi. Bu barədə aşpaz Darren Mak Qredi məlumat vermişdi. Kral sarayının keçmiş baş aşbazının sözlərinə görə, əlahəzrətin makarondan və çörəkdən zəhləsi gedirdi.
Kraliçanın sevmədiyi yeməklər arasında sarımsaq da vardı. Adətən II Elizabet səhər 9-da günə ərik və qara gavalı qurusu, qoz-fındıqla birlikdə qarğıdalı lopasından ibarət səhər yeməyi ilə başlayırdı. Günorta yeməyi zamanı kraliça qızardılmış balıq yeməyi çox sevirdi. Axşama isə onun rasionunda mütləq quş əti olmalı idi. Həmçinin II Elizabet günortadan sonra çayla keks yeməyi xoşlayırdı. Çox maraqlıdır ki, yaşına baxmayaraq, əlahəzrət spirtli içkilərdən heç imtina etmirdi. O, 3 spirtli içkiyə: “Dubonnet”, cin və şərabın şirin növlərinə üstünlük verirdi.
Evo Morales
Boliviyanın sabiq Prezidenti Evo Morales isə düzgün qidalanmağa üstünlük verir. Onun ən sevdiyi yemək qu quşundan hazırlanan şorbadır. Çox maraqlıdır ki, Morales toyuq ətini heç sevmir. Onun sözlərinə görə, toyuq ətində qadın hormonları var. Məhz buna görə, kişilər bu ətdən istifadə etməməlidir. O, həmçinin göbələk şorbası və brokkolini çox sevir.
Samirə Tağıyeva, “İki sahil”