25 avqust 2023 13:21
297

Ekologiya və təbii sərvətlər naziri Naxçıvana gedib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.

Səfər çərçivəsində Muxtar Babayev Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında vətəndaşları qəbul edəcək, müraciətləri dinləyəcək.

Həmçinin muxtar respublikada bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.