"Təlimlərin keçirilməsi ilə regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq standartlara uyğun təlimlərə əlçatanlığı təmin edilir".
“İki sahil” xəbər verir ki, bu fikirləri Naftalan şəhərində "Qeyri-hökumət təşkilatlarının II inkişaf və mübadilə proqramı" çərçivəsində təşkil olunan tədbirdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.
A.Əliyeva, həmçinin agentliyin fəaliyyət göstərdiyi müddətdə QHT-lərin inkişaf və təcrübə mübadiləsi üçün görülən işlərdən də danışıb: "Qeyri-Hökumət Təşkilatkarına Dövlət Dəstəyi Agentliyi fəaliyyətə başladığı 2 il müddətində QHT-lərin bilik və bacarıqlarının artırılması, onların beynəlxalq əlaqələrinin inkişafı, eyni zamanda, QHT-lərə konsultativ, metodiki və maliyyə yardımının göstərilməsi və digər mühüm istiqamətlərdə fəaliyyətini davam etdirib".
Proqramın ilkin mərhələsinin ötən il Mingəçevir şəhərində həyata keçirildiyini bildirən A.Əliyeva onu da deyib ki, bugünkü mübadilə proqramında QHT nümayəndələrinə proqram boyu məlumatların toplanması, dataların analizi, məntiqi çərçivənin hazırlanması, layihələrin qiymətləndirilməsi, eyni zamanda, müxtəlif layihələrin hazırlanması qaydaları öyrədiləcək.
Mübadilə proqramının regionlarda keçirilməsinin üstünlüyündən söz açan A.Əliyeva əlavə edib ki, bu layihələrin regionlarda keçirilməsinin əsas məqsədi odur ki, fəaliyyət göstərən QHT-lər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün regionlarında gedən inkişafla əyani şəkildə tanış olsun. Eyni zamanda, regionda fəaliyyət göstərən QHT-lərin beynəlxalq standartlara uyğun təlimlərə əlçatanlığı təmin edilsin.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub